Göbələkdən əldə edilən süni ət kolon xərçəngini azaldır.
Lent.az xəbər verir ki, bu barədə “European Journal of Nutrition” jurnalı məlumat yayıb.
Məlumata görə, qırmızı əti göbələkdən alınan süni “Quorn” əti ilə əvəz etmək olar. Bu ət bağırsaqdakı bakteriyaları azaldır və kolon xərçəngi riskini bir xeyli aşağı salır.
Tədqiqatlar zamanı 18-50 yaş arası sağlam şəxslər iştirak edib. Birinci qrupdakı iştirakçılar iki həftə ərzində hər gün 240 qram qırmızı ətdən istifadə edib. İkinci qrup isə göbələkdən əldə edilən süni ətlə qidalanıb.
Nəticələr zamanı məlum olub ki, qırmızı ət yeyənlərdə genotoksinin səviyyəsi yüksək olub. Bu da kolorektal xərçəng riskini artırır. İkinci qrupdakı insanlarda isə daha yaxşı nəticələr əldə olunub.