"Faytonçu Nazim insultdan sonra yıxılıb travma alıb"  - TƏBİB
31 yanvar 2025 13:38 (UTC +04:00)

"Faytonçu Nazim insultdan sonra yıxılıb travma alıb" - TƏBİB

Müğənni Nazim Pişiyari (Faytonçu) işemik insult keçirməsi səbəbiylə xəstəxanaya yerləşdirilib.

Lent.az sənətçinin vəziyyəti ilə bağlı məlumat almaq üçün TƏBİB-ə müraciət ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 30 yanvar saat 22:22-də Nəsimi rayonu, H.Əliyev prospekti ərazisindən yıxılma səbəbilə çağırış daxil olub:

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən müğənni Pişyari (Faytonçu) Nazim qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

30 yanvar 2025-ci il saat 23:56-də 57 yaşlı müğənni Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib. Xəstəyə neyrocərrah baxışı olub, zəruri müayinələrdən keçirilib”.

“Xəstə müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub”, - deyə açıqlamada qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 903

Oxşar yazılar