17 yaşlı yeniyetmə 4 ailə üzvünü güllələyib  evdən qaçdı
31 yanvar 2025 08:41 (UTC +04:00)

17 yaşlı yeniyetmə 4 ailə üzvünü güllələyib evdən qaçdı

İstanbulun Eyüpsultan qəsəbəsindəki evdə eyni ailədən olan 4 nəfər güllələnib.

Lent.az xəbər verir ki, hadisə ilə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində ailənin 17 yaşlı oğlu Bursada saxlanılıb.

Şübhəli atasını, anasını, bacısını və nənəsini öldürdüyünü etiraf edib

Aparılan yoxlamalar zamanı 71 yaşlı nənə Fatma İncə, 43 yaşlı ata Mehmet Yenigün, 42 yaşlı ana Aysun Yenigün və 12 yaşlı kiçik qardaş Dilan Yenigünün güllələnərək öldürüldüyü müəyyən edilib.

Hadisəni törədən ailənin 17 yaşlı oğlu B.Y.-nin hadisədən sonra evdən qaçdığı məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 891

Oxşar yazılar