Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə rayonun Avşar kəndində baş verib.
18 yaşlı Nəcəfov Şükür Natiq oğlu anasına məxsus "Chevrolet Cruze" markalı avtomobili idarə edərkən yol kənarında ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini 17 yaşlı Quliyev Sevər Təyyar oğlu isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanıb.