İranlı qızların toruna düşən TANINMIŞLAR:  aralarında deputat və səfirlər də var - ŞOK FAKTLAR
31 yanvar 2025 12:03 (UTC +04:00)

İranlı qızların toruna düşən TANINMIŞLAR: aralarında deputat və səfirlər də var - ŞOK FAKTLAR

Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan bəzi İran vətəndaşlarının fahişəliklə məşğul olduğu üçün ölkədən deport olunması və  ölkəyə girişinə məhdudiyyət qoyulması barədə məlumat yayılmışdı. 

Lent.az "MOUZE" Telegram kanalına istinadən xəbər verir ki, həmin dəstənin üzvləri Azərbaycanda bir neçə tanınmış adamla əlaqədə olublar.

Kanal yazıb ki, onlardan biri Bakıda fəaliyyət göstərən xarici iş adamı olub. 

Bakıda bu iş adamına məxsus biznes mərkəzində xarici səfirlərin və biznesmenlərin, bu fahişə dəstəsinin üzvlərinin fəal işitraki ilə orgiyalar təşkil edilib. 

Bu dəstə üzvləri ilə Milli Məclisin bir deputatının da əlaqədə olması barədə faktlar var.

Mollaların fahişə dəstəsi digər qurumların da vəzifəli şəxsləri də əlaqədə olublar. 

Xəbərdə o da qeyd olunub ki, Azərbaycanda fahişəliklə məşğul olmuş iranlı tələbələrlə bağlı məlumat yayıldıqdan sonra İran tərəfi bu qadınların bir neçəsinin nişanlı olduğunu,  mediada yayılmış məlumatların onları pis vəziyyətə saldığını iddia edib.  Amma nədənsə unudurlar ki, həmin qadınlar öz açıq-saçıq, erotik şəkillərini elə öz İnstagram hesablarında paylaşıblar,  hamı bu şəkilləri görə bilirdi, o cümlədən də İran dövləti. Yəni, bu qadınlar heç İran İslam Respublikasının qanunlarına da riayət etmirdilər. Onlar barədəki məlumatlar, xüsusilə də fotoların hamısı açıq mənbədən, yəni sosial media hesablarından əldə olunub.

Qeyd edək ki, İrandan Azərbaycanın müxtəlif ali məktəblərinə təhsil almağa gələn bir qrup iranlı qadın tələbə İran xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilib. Onlar burda ayrı-ayrı Azərbaycan vətəndaşlarını ələ almaq üçün təlimatlandırılıblar və sistemli iş aparıblar. 

Bu qadınlar müxtəlif bahalı gecə klubları və əyləncə mərkəzlərində iş adamları ilə əlaqələr qurublar. Onların toruna düşənlər arasında müxtəlif dövlət qurumlarının vəzifəli şəxsləri də olub.

Məlumata görə, həmin qadınlardan 11 nəfərinin Azərbaycana girişinə qadağa qoyulub, 5 nəfər isə deport edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6384

Oxşar yazılar