“Qarabağ” bu gün UEFA Avropa Liqasında Liqa mərhələsində son oyununa çıxıb.
Lent.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Yunanıstanda “Olimpiakos”un qonağı olub.
Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Lakin çox keçmədən meydan sahibləri üstünlüyə yiyələniblər. Bu, özünü ikinci hissədə göstərib.
Əyub Əl Kabi fərqlənib. 4 dəqiqə sonra o, dublunu rəsmiləşdirib.
Matçın sonlarında Pirey təmsilçisi ağdamlıları daha bir dəfə meydanın mərkəzinə dəvət edib. Bu səfər Yulian Bianson fərqlənib.
“Qarabağ” 36 komanda arasında 3 xalla 34-cüdür. “Olimpiakos” isə 12 xalla 12-ci sıradadır və pley-off şansları davam edir.
Avropa Liqası
Liqa mərhələsi, VIII tur
30 yanvar
00:00 "Olimpiakos" (Yunanıstan) – "Qarabağ" - 3:0
Qollar: Əyub Əl Kabi, 56, 60, Yulian Bianson, 89
"Olimpiakos": 88. Kastos Tsolakis (k), 20. Kostinya, 4. Yulian Bianson, 16. David Karmo, 5. Lorentso Pirola, 32. Santiaqo Ezze, 14. Dani Qarsiya, 84. Xaralampos Kostulas, 11. Kristoffer Velde, 10. Jelson Martins, 9. Əyub Əl Kabi
Baş məşqçi: Xose Luis Mendilibar
"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazafə, 2. Mateus Silva, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
Baş hakim: Radu Petresku (Rumıniya)