İtaliyada "DeepSeek"ə giriş bloklandı - SƏBƏB
31 yanvar 2025 03:37 (UTC +04:00)

İtaliyada "DeepSeek"ə giriş bloklandı - SƏBƏB

İtaliyada Fərdi Məlumatların Mühafizəsi Təşkilatı (GPDP) Çinin süni intellekt proqramı “DeepSeek”ə girişi bloklayıb.

Lent.az xəbər verir ki, qurumun “DeepSeek”ə giriş qadağası gətirməsinin səbəbi isə italyan istifadəçilərin məlumatlarını emal etməsinə mane olmaqdır.

"İtalyan istifadəçilərinin məlumatlarının qorunması üçün qəbul edilən qərar şirkətlərdən alınan məlumatların tamamilə qeyri-adekvat olduğu aşkar edildikdən sonra bu gün qüvvəyə minib", - deyə məlumatda bildirilir.

Qurum həmçinin girişin bloklanması ilə yanaşı, eyni vaxtda “DeepSeek” ilə bağlı araşdırmaya da başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 369

Oxşar yazılar