Mütəxəssislər ödəmi aradan qaldıran içkilərin adını açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ödəm bədəndə şişkinliyə və narahatlığa səbəb olur.
Mütəxəssislər bildirirlər ki, limon suyu, yaşıl çay, təzə çuğundur suyu, ananas suyu, xiyar suyu, nar suyu, cəfəri suyu, kərəviz sapı şirəsi və alma şirəsi ödəmin aradan qaldırılmasına kömək edir:
“Xüsusilə arıqlamaq istəyən insanlar ödəmdən tamamilə xilas olmaq istəyirlər. Bunun üçün müxtəlif tərəvəz qarışıqları və detoks suları var. Ev şəraitində rahatlıqla hazırlaya biləcəyiniz içkilər sayəsində ödəmdən tamamilə xilas ola bilərsiniz. Ödəmi aradan qaldıran detoks suyu hazırlamaq üçün, bir litr suda xiyarları dilimləyib atın. Sonra dilimlənmiş yaşıl alma, limon qabığı və təzə nanə əlavə edin. Bu qarışığı bir gecə dinləndirin və ertəsi gün ilk stəkanı acqarına bir litr detoks suyunu için”.