Cənubi Afrika Respublikası Tibb Assosiasiyasının sədri Anjelik Kutze COVID-19-un “omicron” ştammına yoluxmanın ilk əlamətlərini açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, həkim qeyd edir ki, yeni SARS-CoV-2 koronavirus ştammı olan xəstələrinin heç biri qoxu itkisi kimi xəstəliyin ümumi əlamətindən şikayət etməyib.
Kutzenin sözlərinə görə, COVID-19 xəstələri arasında əsasən müxtəlif etnik mənsubiyyətdən olan gənclər var.
Onlar həddindən artıq yorğunluqdan şikayətləniblər. Həkim qoxu və dad itkisi barədə məlumat verməyib.
Onun praktikasında altı yaşlı uşağın yoluxması halı olub. Bu vəziyyətdə nəbz çox artıb, eləcə də yüksək temperatur olub.
Qeyd edək ki, həkim öz yaxınlarında xəstəliyin qeyri-səciyyəvi əlamətləri aşkar edildikdən və COVID-19 testinin müsbət çıxmasından sonra Cənubi Afrika Respublikası hakimiyyətinə növbəti mutasiya riskinin yüksək olacağı barədə xəbərdarlıq edib.
Həkimin yaxınları özlərini çox yorğun hiss etdiklərini bildiriblər. Bundan sonra qəbula gələn 10-dan çox xəstə ona oxşar əlamətlərdən şikayət edib ki, onların da əksəriyyəti sağlam kişilər olub.
Həkim ehtimal edir ki, şəkərli diabet kimi xroniki xəstəliklər, eləcə də yaşlılarda “omicron” mutasiyası ciddi fəsadlar yarada bilər.
Həkimin fikrincə, peyvənd olunmamış qocalar “omicron”a yoluxma riski altındadırlar.