COVID-19-a qarşı eynək -  FOTOLENT
14 oktyabr 2021 12:41 (UTC +04:00)

COVID-19-a qarşı eynək - FOTOLENT

Yaponiyalı ixtiraçılar, pandemiya dövrü üçün göz maskası hazırlayıblar. Eynək demək olar bütün üzü hər şeydən - ultrabənövşəyi radiasiyadan viruslara qədər qoruyur.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, Yaponiya şirkəti ZGHYBD, duman əleyhinə və ultrabənövşəyi şüalardan qoruyan tək parça şəffaf gün eynəyi yaradıb. Günəş gözlükləri yüngül plastikdən hazırlanıb. Alanda eynəyi rahat taxmaq üçün alıcılara xüsusi burun yastıqları da verilir. İstehsalçıya görə, eynəklər əlavə möhkəm plastikdən hazırlanıb. Buna görə də cızmaq və ya sındırmaq olmur.

İstehsalçıların fikrincə, gözlüklər günümüzün böyük ölçülü modasına tam uyğundur. Bundan əlavə, allergiya xəstələrini çiçəkli bitkilərin selikli tozcuqlarına bulaşmaqdan qoruyacaq.

Eynəklər artıq Amazon onlayn mağazasının Yaponiya bölməsində var. Qiyməti 2000 yenə (təxminən 30 manata) başa gəlir və dörd rəngdə təklif olunur. Seçimdən asılı olaraq boz, mavi, göy və narıncı rəngdə ala bilərsiniz.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6204
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar