Çobanyastığı çayının bilmədiyimiz faydası- İNANMAYACAQSINIZ
19 aprel 2021 20:39 (UTC +04:00)

Çobanyastığı çayının bilmədiyimiz faydası- İNANMAYACAQSINIZ

Çobanyastığı çayı həm yüngüllüyü, həm də xoş qoxusu ilə sinir sistemini yaxşılaşdırır və istifadə edən şəxsi stresdən uzaq saxlayır. 

Çobanyastığının sakitləşdirici xüsusiyyəti ilə yanaşı, başqa bir çox faydası da var.

Lent.az bu dəfə çobanyastığı çayının faydaları və hazırlanması barədə məlumat verəcək.

Araşdırmalara görə, çobanyastığı kökündən hazırlanmış çay xərçənglə uğurla mübarizə apara bilir. 72 yaşlı xərçəng xəstəsi üzərində aparılan sınaqdan sonra alimlər bu nəticəyə gəliblər. Xəstə bir ay ərzində həmin çayı qəbul edib. Tədqiqatçılar çayın pəhrizə daxil edilməsindən iki gün sonra inanılmaz nəticə əldə ediblər. Şiş hüceyrələri məhv olmağa başlayıb və yerini sağlam hüceyrələr alıb.

Nəticədə çobanyastığı kökünün miyelomonositik leykozun müalicəsində kimyəvi müalicədən daha təsirli olduğunu göstərib. Elm adamları çobanyastığı çayının xərçəngdən əziyyət çəkən yaşlı xəstələr üçün optimal müalicə kimi qəbul edilə biləcəyini ehtimal ediblər. O cümlədən, qaraciyər, ağ ciyər, döş, kolon və prostat şişlərinin müalicəsində də istifadə etmək olar.

Xalq təbabətində çiçək kökünün xüsusiyyətləri qədim dövrlərdən bəri bəllidir: immunitet sistemini gücləndirməyə kömək edir və qan dövranını normallaşdırır.

Bu çayı hazırlamaq isə olduqca asandır. 1 çay qaşığı çobanyastığı qaynamış suya atılır və bir az qaynadılır. Sonra 10 dəqiqə çayın dəmlənmə müddəti var. Dəmlədiyiniz çayı süzərək içə bilərsiniz. Mütəxəssislərin fikrincə, çobanyastığı çayının mütəmadi qəbul edilməsi insan orqanizmi üçün olduqca əhəmiyyətlidir. Gündəlik olaraq 2-3 stəkanı keçmədən çobanyastığı çayını içə bilərsiniz. Dadlandırıcı olaraq limon əlavə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13962
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar