Çiyələk yeyəndə diqqətli olun -  ZƏHƏRLƏNƏ BİLƏRSİNİZ
28 aprel 2021 14:21 (UTC +04:00)

Çiyələk yeyəndə diqqətli olun - ZƏHƏRLƏNƏ BİLƏRSİNİZ

Çiyələk həm uşaqların, həm də böyüklərin sevərək yeyilən giləmeyvələrdən biridir. Bol miqdarda dəmir və fosfora malik olan çiyələyin tərkibi A, B, C və K vitaminləri baxımından da olduqca zəngindir. Bu giləmeyvə növü güclü antioksidant xüsusiyyətə malikdir və immuniteti gücləndirir. 

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən məlumata görə, çiyələyin faydaları ilə yanaşı düzgün istehlak edilmədikdə onun insan orqanizminə zərərli təsirləri də olur.

Doğru şəraitdə saxlanılmayan çiyələyin yeyilməsi insan sağlamlığı üçün təhlükə yarada, hətta qida zəhərlənmələrinə də yol aça bilər. Belə zəhərlənmələrin qarşısını almaq üçün aşağıda sadalanan  xüsusları nəzərə almaq lazımdır:

- Çiyələyin mövsümündə yeyilməsinə diqqət edilməlidir, çünki mövsümündən əvvəl istixana şəraitində meyvələrin yetişdirilməsində insan orqanizminə mənfi təsir edən kimyəvi maddələrdən istifadə oluna bilir.

- Çiyələk yeyilməzdən əvvəl mütləq yaxşıca yuyulmalıdır.

- Çiyələyin saplağı giləmeyvədən ayrılmalıdır.

- Əgər çiyələkdən turş qoxu gəlirsə və dili qıcıqlandırırsa belə məhsul yeyilmədən atılmalıdır.

- İsti havada çiyələk daha tez xarab olduğu üçün bu məhsul mütləq soyuducuda saxlanılmalıdır. İstehlakçı çiyələyin düzgün qaydada saxlanılmasından əmin olduqdan sonra onu yeməlidir.

- Çiyələk alarkən qırmızı rəngli və kiçik ölçülü meyvələrə üstünlük verilməlidir. 

- Antisanitar şəraitdə satılan çiyələklərdən istifadə təhlükəlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3264
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar