Cavan qalmağa kömək edən qidalar
15 yanvar 2024 10:11 (UTC +04:00)

Cavan qalmağa kömək edən qidalar

Düzgün pəhriz qocalıqda formada qalmağa və gənc görünməyə kömək edir.

Lent.az-ın xarici mdiaya istinadən xəbərinə görə, qidalanma mütəxəssisləri gənc görünməyə və hiss etməyə kömək edəcək bir sıra məhsulların adını sadalayıblar.

Siyahıya orqanizmə stressin təsirləri ilə mübarizə aparmağa, dərinin elastikliyini və qırışlardan qorumağa, yaddaşı və nitqi yaxşılaşdırmağa imkan verən antioksidantları olan giləmeyvələr daxil edilib. 

Mütəxəssislər həmçinin ürək və beyin sağlamlığını qorumağa, yaşa bağlı xəstəliklər riskini azaltmağa və dərini cavan saxlamağa kömək edən omeqa-3 yağ turşularını ehtiva edən yağlı balıqları da siyahıya daxil ediblər.

Zülal və antioksidantlarla zəngin olan qoz-fındıqları da yeməlisiniz. Bu zaman badam və qoz xüsusilə faydalıdır.

Dəmir, kalsium, A, C və K vitaminləri ilə zəngin olan yarpaqlı göyərti, pomidor və tünd şokoladı rasiona əlavə etməlisiniz. 

Qatıqdan daha tez-tez istifadə etməlisiniz. Onun tərkibində çoxlu probiotiklər, həmçinin əzələlərin, dərinin və sümüklərin vəziyyətini yaxşılaşdıran zülal və kalsium var.

# 15360
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar