Bu tibbi metod  insanlarda yaddaşı yaxşılaşdırır
10 mart 2023 13:53 (UTC +04:00)

Bu tibbi metod insanlarda yaddaşı yaxşılaşdırır

Lazer işıq terapiyası insanlarda yaddaşı yaxşılaşdırır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, qeyri-invaziv lazer işıq terapiyasının qısamüddətli yaddaşı yaxşılaşdıra biləcəyi sübut edilib.

Belə ki, Transkranial fotobiomodulyasiya (tPBM) beyinə yönəldilmiş dalğa uzunluğu 600-1100 nanometr olan işıq terapiyası üsuludur.

 tPBM-nin prefrontal korteks toxumalarında hüceyrə tənəffüs sürətini və ATP molekullarının istehsalını artırır. Həmçinin qan axını və oksigen istehlakını artırmaqla idrak funksiyasını daha da yaxşılaşdırır. 

Tədqiqatçılar tPBM-nin vizual iş yaddaşının tutumunu yaxşılaşdırdığını və oksipital-parietal kontralateral gecikmə aktivliyini (CDA) artırdığını, amplitudası vizual iş yaddaşında saxlanılan obyektlərin sayına uyğun gələn yavaş bir ritm olduğunu aşkar edib.

Nəticədə bir daha məlum olub ki, tPBM prefrontal korteksdə neyron metabolizmasını artırmaqla iş yaddaşını yaxşılaşdırmaq üçün faydalı bir vasitədir. Bu üsul beynə təhlükəsiz, effektiv, qənaətcil və qeyri-invaziv müdaxilə üsuludur, kliniki istifadəyə uyğundur. Bununla belə, sağlam fərdlərdə və nevroloji pozğunluğu olan xəstələrdə idrak funksiyasını yaxşılaşdırmaq üçün istifadə edilməzdən əvvəl əlavə tədqiqatlara ehtiyac var.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1845
avatar

Sevinc Fərid

Oxşar yazılar