Soğan Azərbaycan mətbəxində əksər yeməklərin hazırlanmasında istifadə olunur. Elə çiy halda da onu yeməyi sevənlər az deyil.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, soğan qocalma prosesini ləngidir, üzdə qırışların yaranmasına mane olur.
Bu bitki həmçinin tərkibindəki antioksidantlar sayəsində onkoloji xəstəliklərin və müxtəlif virusların yayılmasının qarşısını ala bilər. Soğanın tərkibindəki kversetin adlı maddə zərərli bakteriyaları məhv edir.
Qırmızı soğan damarları möhkəmləndirir, qan təzyiqini azaldır, metobolik sindromun qarşısını alır və böyrəklərin fəaliyyətinə kömək edir.
Soğan B1 vitamini ilə birlikdə istifadə olunanda qanı oksigenlə zənginləşdirdiyinə görə, yorğunluğun tez aradan qalxmasına kömək edir, qanda qlukozanın səviyyəsinin yüksəlməsinə imkan vermir.