Xroniki ağrılar həyat keyfiyyətini aşağı salan ən mühüm problemlərdən biridir. Geniş yayılmış ağrılara və həddindən artıq yorğunluğa səbəb olan bu problemi aradan qaldırmaq üçün alimlər yeni üsul kəşf ediblər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, eynəkdən istifadə ağrıları aradan qaldıra bilər.
Belə ki, ABŞ-ın Duke Universitetinin 34 xəstəni əhatə edən yeni araşdırması yaşıl işığın dərmansız ağrı kəsən bir alternativ ola biləcəyini tapıblar. Yaşıl eynək taxan xəstələrdə narahatlıq hissi digər qruplara nisbətən dörd dəfə daha çox azalıb. Ağrı göstəriciləri eyni olsa da, yaşıl eynək taxanlar daha az ağrıkəsici istifadə ediblər.
Bu araşdırma yaşıl işığı ağrı müalicəsi üçün tövsiyə olaraq görən ilk araşdırma deyil. Keçən il ABŞ-da on həftə ərzində gündə bir-iki saat yaşıl LED işıq zolaqlarına məruz qalan 29 miqren xəstəsi üzərində aparılan araşdırmada baş ağrılarının sayında 60 faiz azalma müşahidə olunub. Arizona Universitetinin “Cephalalgia” jurnalında dərc edilən araşdırmasına görə, aylıq miqren tutmaları orta hesabla 22,3-dən 9,4-ə düşüb.
Yaşıl işıqdan istifadə edilən bütün bu tədqiqatlarla yanaşı, dizdə artrit ağrısı və əməliyyatdan sonrakı ağrıların müalicəsi kimi də araşdırılır. Kanadadakı Nova Scotia Sağlamlıq Təşkilatında diz osteoartritinə təsirləri araşdıran on həftəlik klinik sınaqda qırx nəfər iştirak etdi və hər gün yaşıl işığa məruz qaldıqları bir araşdırma olaraq planlaşdırıldı. Nəticədə yaşıl işığın həm də miqren ağrılarını da azaltdığı məlum oldu.