Sağlamlıq və qidalanma mütəxəssisləri hər il bir araya gələrək insanların ümumi sağlamlığı, pəhriz növünə riayət etməyin nə qədər asan olması, onların arıqlama prosesi və xəstəliklərin qarşısının alınması potensialı da daxil olmaqla bir çox meyarlar əsasında məşhur pəhrizləri qiymətləndirirlər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da hazırlanan araşdırmaya görə, bu pəhriz növləri digərlərindən daha pis və sağlamlığa çox zərərli olduğu ortaya çıxıb.
Heç vaxt edilməməli olan pəhriz növünü təqdim edirik...
Bu il siyahıda 24 pəhriz növü var idi. Mütəxəssislər, ən çox xam qida istehlakının ən pis pəhrizdə olduğunu və çiy qidaların bişmiş qidalardan daha az kalori və zülal ehtiva etdiyi üçün doyma dərəcəsinin aşağı olduğunu bildirirlər.
Yalnız meyvə, tərəvəz və cücərmiş taxıllardan ibarət pəhriz istehlakı üçün bişməmiş məhsullara üstünlük verilir. Bundan əlavə, bu növ qidalanmaya emal edilməmiş süd və heyvan məhsulları daxildir. Pasterizə olunmamış südün istehlakı insan sağlamlığı üçün xüsusilə təhlükəlidir.
Mütəxəssislər çiy qida istehlakının davamlı olmadığını, bunun üçün uzunmüddətli pəhrizlərin daha sağlam olduğunu qeyd ediblər.
Bundan əlavə, ekspertlər deyirlər ki, pəhrizlərə həddən artıq məhdudiyyət qoyulması arıqlamağı çətinləşdirir.
Digər tərəfdən Aralıq dənizi pəhrizi ən yüksək bal və effektivlik göstərən pəhrizlər arasındadır. Bu cür pəhriz qida qruplarını istisna etmir və müxtəlif həyat tərzinə uyğun olaraq tənzimlənə bilər.