Bu dərmanlar koronavirusdan xəstəxanaya yerləşdirmə riskini azaldır?
31 oktyabr 2021 14:33 (UTC +04:00)

Bu dərmanlar koronavirusdan xəstəxanaya yerləşdirmə riskini azaldır?

SARS-CoV-2 koronavirusuna yoluxma zamanı ucuz dərman vasitəsinin xəstəxanaya yerləşdirilmə riskinə qarşı müqavimət göstərə biləcəyi məlum olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, risk qrupundan olan xəstələr yoluxduqda belə təsirli olan ucuz antidepressant alternativ profilaktika vasitəsi kimi sınaqdan keçirilib.

Braziliyalı alimlər aşkar ediblər ki, antidepressant fluvoksamin risk altında olanlar arasından COVID-19 diaqnozu qoyulmuş yaşlı xəstələrin xəstəxanaya yerləşdirmə riskini azaldır.

Ekspertlər depressiya və obsesif-kompulsiv pozğunluq üçün təyin olunan dərmanların təsirini araşdırıblar.

Tədqiqatlar SARS-CoV-2-yə yoluxmuş 1500 braziliyalının iştirakı ilə aparılıb.

Könüllülərdən bəziləri 10 gün ərzində antidepressant qəbul ediblər. Xəstələr dörd həftə ərzində müşahidə edilib.

Antidepressant qəbul edənlərin yalnız 11 faizinin xəstəxanaya yerləşdirilməsi, həmçinin reanimasiya şöbəsində uzunmüddətli müalicə tələbi ortaya çıxıb.

Alimlər daha çox araşdırma aparmağı planlaşdırırlar, çünki optimal dozanı tapmaq lazımdır.

Bu cür müalicənin digər dərman növləri və müalicə üsulları ilə birləşdirilə biləcəyi isə hələ ki məlum deyil.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4140
avatar

Oxşar yazılar