Bu bitki artıq çəki ilə mübarizə aparır
30 may 2023 13:43 (UTC +04:00)

Bu bitki artıq çəki ilə mübarizə aparır

Bu gün sizə zəngin vitaminlər, minerallar və güclü maddələrlə zəngin ağ kələmin faydalarından və əks təsirlərindən danışacağıq.

Lent.az TRT-yə istinadən bildirir ki, mətni doktor Mehmet Uçar hazırlayıb.

Ağ kələmin faydaları nələrdir?

  İmmuniteti gücləndirir. C vitamini baxımından güclü olan ağ kələm infeksiyalardan qoruyur, immuniteti artırır. 100 qram ağ kələm gündəlik C vitamini ehtiyacının 40 faizini ödəyir. Ağ kələm bişdikdə onda C vitamini azalır.

  Xolesterolu aşağı salır. Ağ kələmin tərkibində həzm sistemi tərəfindən udulmaq üçün xolesterolla rəqabət aparan iki maddə var, ona görə pis xolesterol səviyyəsini aşağı salır.

  Kataraktın qarşısını alır. Ağ kələm göz sağlamlığını yaxşılaşdırmaq və katarakta əmələ gəlməsini gecikdirmək xüsusiyyətinə malikdir.

  İltihaba qarşıdır. Ağ kələm tərkibindəki antioksidantlar sayəsində iltihabla mübarizə aparır.

  Sümük sağlamlığı və qanın laxtalanmasını qoruyur. K vitamini çatışmazlığı zamanı osteoporoz kimi sümük xəstəlikləri riski və qanın düzgün laxtalanmaması problemi yaranır. Böyük K vitamini mənbəyi olan bir stəkan ağ kələm gündəlik dəyərin 85 %-ni təmin edir.

  Xərçəngdən qorunmağa kömək edə bilir. Tədqiqatlar göstərir ki, ağ kələm bir sıra xərçəng növünün qarşısını almağa kömək edir. Bu, onun antioksidant və iltihab əleyhinə xüsusiyyətləri ilə bağlıdır. Qeyd edək ki, bədənin xərçənglə mübarizə aparanlara çevrilməsinin səbəbi xüsusi kükürd tərkibli maddələrdir ki, bu da ağ kələmdə çox var.

  B vitamini ilə zəngin ağ kələm yarpaqları. Ağ kələmin yarpaqları B qrupu vitaminləri ilə zəngindir. B vitamini xüsusilə sinir sistemi üçün faydalıdır. Salatda bir porsiya ağ kələm yemək gündəlik B vitamini ehtiyacının 10 faizini qarşılayır.

  Pəhriz üçün ağ kələm vacibdir. Kalorisi çox az olduğuna görə ağ kələm pəhriz üçün uyğun tərəvəzdir. 100 qramda 24 kkal. enerji var. Xüsusən də çiy yeyildikdə daha faydalıdır. Liflə zəngin olduğu üçün insanı uzun müddət tox saxlayır. K və A vitaminlərinin udulması, həm də mədəni tez tərk etməyib uzun müddət tox tutması üçün ağ kələmi yeməyə qatarkən azca yağ da əlavə edin.

  Həllolunmaz liflə zəngin ağ kələm həzm sistemini sağlam saxlamağa və bağırsaq hərəkətlərini nizamlı saxlamağa dəstək olur.

  Şişliyi aradan qaldırır. Tərkibindəki lif və bir sıra maddələrlə orqanizmdən suyun çıxarılmasına kömək edən ağ kələm bununla mədədə yaxşı dövriyyəni, şişliyin azalmasını, natriumun su ilə birlikdə bədəndən çıxmasını təmin edir, həm də təzyiqi aşağı salır. Salat tərkibində yeyilməsində daha çox fayda var.

  Kalsium anbarı. Ağ kələm güclü kalsium mənbəyidir. Gündəlik kalsium ehtiyacının 10 faizini 100 qram ağ kələmlə təmin etmək mümkündür. Həm diş, həm də sümük toxumasının möhkəmliyini dəstəkləyən bu tərəvəz çiy olduğu kimi bişmiş şəkildə də kalsium tərkibini itirmir.

  Pulpa ilə qəbizliyin qarşısını alır. Tərkibindəki kükürd birləşmələri ağ kələmin həzm sisteminə yaxşı təsir göstərməsinə səbəb olur. Bundan əlavə, yarpaq hissələrində daha çox cəmləşən pulpa sayəsində bağırsaq hərəkətlərini artırma xüsusiyyəti çox yüksək olan tərəvəzdir ağ kələm. 

  Güclü antioksidant qabiliyyəti olan ağ kələm sərbəst radikallarla mübarizə aparır və xərçəngdən qoruyur. O, həmçinin immunosupressiv, qaraciyər, diabet və piylənmə kimi xəstəliklərdən qorunmanı təmin edir.

  Diabetin qarşısını almağa kömək edir. Ağ kələmlə zəngin bir pəhriz 2-ci tip diabetə qarşı faydalıdır.

  Artıq çəki ilə mübarizə aparır. Təhlükəsiz və sağlam kilo verməyə kömək edir ağ kələm. Tərkibindəki lif həzm olunmayan və udulmayan bir karbohidratdır. Mədədə yer tutaraq uzun müddət toxluq hissi verməyə səbəb olur.

  Ağ kələm turşusunun faydaları. Turşusu ağ kələmə probiotik xüsusiyyətlər verir. Lakin turşuya əlavə edilən duz probiotiklərin miqdarının azalmasına səbəb olur. Probiotiklər bağırsaqlarda yaşayan faydalı bakteriyalardır, bağırsaqları sağlam saxlayaraq bədəni bir çox xəstəliklərdən qoruyur. Ağ kələm turşusu mütləq sirkə ilə hazırlanmalıdır, hazır olanda ​​həm kələm yeyilməli, həm də suyu içilməlidir.

  Ağ kələmin əks təsirləri:

* Ağ kələm qan durulaşdırıcı dərman qəbul edənlər tərəfindən ehtiyatla istifadə olunmalıdır.

* Tərkibində bəzi maddələr olduğuna görə ağ kələm qalxanabənzər vəzlərin fəaliyyətini ləngidir. Bu səbəbdən tiroid bezi az işləyən adamlar tərəfindən çox istifadə edilməməlidir.

* Həftədə iki dəfə yeyilməsi məsləhətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1938
avatar

Oxşar yazılar