Böyrəklərin xroniki xəstəliyi nədir? - CAVAB
09 mart 2023 11:48 (UTC +04:00)

Böyrəklərin xroniki xəstəliyi nədir? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu böyrəklərdəki xroniki xəstəliklər ilə bağlıdır.

Böyrəklərin xroniki xəstəliyi nədir? Xəstəliyin mərhələsini necə təyin etmək olar?

Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-nefroloq Hikmət İsmayılov danışıb. 

Onun sözlərinə görə, 3 aydan artıq davam edən böyrək zədələnməsi və funksiyasının azalması böyrəklərin xroniki xəstəliyi (BXX) adlanır:

"Xəstəlik 5 mərhələyə bölünür ki, bu da xəstənin müalicə taktikasına və son mərhələdə böyrək çatışmazlığı və ürək-damar ağırlaşmalarının inkişaf riskinə görə fərqlənir.

BXX-nin mərhələləri yumaqcıq filtrasiya sürətinə (YFS) əsasən müəyyən edilir. 1-ci və 2-ci mərhələlərdə xəstəlik demək olar ki, simptomsuz keçir. 3-cü mərhələdən artıq klinik təzahürlər aydın görsənir. 4-cü mərhələdə xəstə psixoloji baxımdan böyrək əvəzləyici müalicəyə hazırlanmalıdır.

5-ci terminal mərhələdə yumaqcıq filtrasiya sürəti 15 ml/dəq az olur. Xəstəyə dializ və ya böyrək transplantasiaysı məsləhət görülür. Uyğun donorun olduğu zaman preemtiv (dializə düşmədən) böyrək nəqli tövsiyə olunur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4161
avatar

Fidan İlqar

Oxşar yazılar