Botoks və dodaq dolğuları qadağan edildi
01 oktyabr 2021 23:35 (UTC +04:00)

Botoks və dodaq dolğuları qadağan edildi

İngiltərədə 18 yaşdan aşağı şəxslərə kosmetik səbəblərdən botoks və dodaq dolğuları etdirmək qadağan edilib.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, ölkədə bu gündən etibarən qüvvəyə minəcək qanunun məqsədi gəncləri qorumaqdır. İngiltərə Səhiyyə Nazirliyi, qanuna riayət edilməməsinin cinayət təqibi və məhdudiyyətsiz cərimələrlə nəticələnə biləcəyini bildirib. Digər tərəfdən, tibbi ehtiyac olarsa, bu insanlara botoks və dodaq dolğuları da tətbiq oluna bilər. Qanun xaricdən gələn və ya 18 yaşdan yuxarı birinin icazəsinə ehtiyacı olanları da əhatə edir.

Yeni qanunvericilik İngiltərədə qüvvəyə minməmişdən əvvəl, 18 yaşından kiçik gənclər yaşlarına nəzarət etmədən botoks tərzi prosedurları və dodaq dolğusu etdirə bilərdilər. Hökumətin hesablamalarına görə, keçən il ölkədə 18 yaşadək olanlara 41 min botoks tərzi müalicə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5454
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar