Boğazınız ağrıyanda  dondurma yeyə   bilərsinizmi?
18 mart 2025 16:20 (UTC +04:00)

Boğazınız ağrıyanda dondurma yeyə bilərsinizmi?

Boğaz ağrısı olduqda dondurma yeməyin zərərli olduğu düşünülür, lakin bu, tam olaraq belə deyil.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, həkimlər boğaz ağrısı zamanı bol ilıq maye içməyi, şoran məhlulu ilə qarqara etməyi və ədviyyatlı, turş qidalardan uzaq durmağı tövsiyə edirlər. Lakin təəccüblü olsa da, soyuq qidalar da ağrıları azaltmağa kömək edə bilər. Əsas məsələ yeməklərin temperaturudur.

Soyuqdəymə varsa, dondurma sizi daha da sərinlədə bilərmi? Çox güman ki, yox. Çünki qida, hətta çox soyuq olsa belə, mədəyə daxil olduqda həzm prosesi bədəni isitmək üçün istilik yaradır. Əgər xəstəsinizsə və dondurma yemək istəyirsinizsə, bundan çəkinməyə ehtiyac yoxdur. Dondurmanın müalicəvi xüsusiyyətləri olmasa da, sizi daha da pis hiss etdirməyəcək.

Hansı dondurmanı seçmək lazımdır?

Əsl meyvədən hazırlanmış meyvəli dondurmalar daha yaxşı seçimdir. Onlar immunitet sistemi üçün faydalı olan C vitamini və enerji üçün protein tərkibli ola bilər.

Boğazı daha az qıcıqlandırmaq üçün kremli və yumşaq dondurmalar seçilməlidir. Vanil və digər neytral ləzzətlər daha yaxşıdır. Sitrus və ya şokolad kimi turş və güclü dadlar boğazı qıcıqlandıra bilər. Soyuqdəymənin səbəbi bakteriya və viruslardır. Buna görə də, dondurma və ya soyuq içkilərin sizi xəstələndirəcəyi fikri yanlışdır.

Boğaz ağrısı zamanı quru və qıcıqlandırıcı qidalardan çəkinmək məsləhətdir. Çips, kraker, ədviyyatlar, hisə verilmiş qidalar, qəhvə və çiy tərəvəzlər selikli qişanı daha da qıcıqlandıra bilər. Müasir LOR həkimləri çox isti içkilərdən də çəkinməyi tövsiyə edirlər.

Bal və ya moruqlu çaylar vəziyyəti daha da pisləşdirə bilər. Həmçinin, tez-tez qarqara etmək bakteriyaların ağız boşluğuna yayılmasına, şişkinliyin və iltihabın artmasına səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 344

Oxşar yazılar