Tanınmış idmançı Reyçel Makferson audiokitablar və podkastları dinləməyin arıqlamağa kömək etdiyini açıqlayıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Makferson audiokitabları dinləməyin idmanı nizamlı şəkildə etməyi 10-14 faiz artırdığını bildirib.
Buna görə də təlimçi qaçış və ya gəzintiləri daha əyləncəli etmək üçün maraqlı kitablar, podkastlar götürməyi tövsiyə edib. Həmçinin, o, gəzintiləri daha məhsuldar etmək üçün audiokitabların sürətini və müddətini dəyişdirməyi təklif edib.
Məsələn, bir gün sürətli templə qısa gəzintiyə çıxacaqsınızsa, növbəti gün yolu artırıb sürəti azaldın. Həmçinin, məşqçi hər gün müxtəlif hekayələr dinləyərək gəzintiyə çıxmağın daha effektli olacağını da xüsusi qeyd edib. Çünki bu zaman hekayəyə olan marağınız vaxtın tez keçməyinə şərait yaradacaq. Yolun uzunluğu gözünüzə görünməyəcək və yorulmayacaqsınız.
Makferson gəzintilərdə ardıcıllığın vacibliyi ilə də diqqət çəkib. Onun sözlərinə görə, hətta pis hava şəraiti də sizin səhər idmanınıza mane olmamalıdır. O, hava şəraitinə uyğun geyim seçməyi, uzun qaçışları evin ətrafında gəzməklə əvəz etməyi məsləhət görüb.