Alzheimer xəstəliyinin  qarşısını almağın yolu tapıldı 
18 mart 2023 10:59 (UTC +04:00)

Alzheimer xəstəliyinin qarşısını almağın yolu tapıldı 

Heksokinaza-2-nin bloklanması beyində neyrodegenerativ zülalların təmizlənməsini yaxşılaşdırır. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, alimlər Alzheimer xəstəliyinə səbəb olan zəhərli amiloid zülallarını təmizləmək üçün mikroglia adlı beyin immun hüceyrələrini aktivləşdirməyin yolunu tapıblar. 

Məlum olub ki,  Alzheimer xəstəliyi bədəndə qidaların daşınmasına cavabdeh olan translokator zülal adlı molekulun sayından asılıdır. Bu zülalı aktivləşdirən dərmanlar beyində zəhərli maddələrin çökməsini azaldır. Bu da Alzheimer xəstəliyinin vəziyyətini qismən yaxşılaşdırır.

Heksokinaza-2 Alzheimer xəstəliyində beta-amiloidin xüsusilə zəhərli formalarına məruz qaldıqda mikroqliada da aktivləşir. Alimlər hesab edirlər ki, bu kəşf neyrodegenerativ xəstəlikləri olan xəstələrdə yaşlandıqca yaddaş pozğunluğunun səbəbini aşkarlamağa kömək edir. 

Bu isə neyrodegenerativ pozğunluqlara qarşı gələcək dərmanların hazırlanması üçün əsas yaradır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1812
avatar

Sevinc Fərid

Oxşar yazılar