Alzheimer xəstələrində beyin hüceyrələrinin ölüm səbəbi məlum oldu
12 yanvar 2024 03:10 (UTC +04:00)

Alzheimer xəstələrində beyin hüceyrələrinin ölüm səbəbi məlum oldu

Alimlər Alzheimer xəstələrində beyin hüceyrələrinin hansı səbəbdən öldüyünü aşkar ediblər.

Lent.az xarici KİV-lərə istinadla xəbər verir ki, araşdırmanı aparan İngiltərə və Belçika alimləri bununla bağlı məlumat verib. Bildirilib ki, bu məsələ uzun müddətdir tədqiqatçılar arasında müzakirə olunub.

Araşdırma “Science” jurnalında dərc edilib. Xəstələrin beynində anormal şəkildə yığılmağa başlayan zülallarla “nekroptoz” adlanan hüceyrə ölümü prosesi baş verir. Bununla da yaddaşın itirilməsi kimi bir xəstəliyin yaranmasına səbəb olur. Alzheimer xəstəliyinin əsas əlamətləri neyron adlanan sinir hüceyrələrinin yox olması nəticəsində yaranır. Normal şəraitdə bədənimiz nekroptoz yolu ilə arzuolunmaz hüceyrələri məhv edir və yeni hüceyrələr üçün yer açır. Xəstə insanların beyninə diqqətlə baxdıqda amiloid və tau adlı zülalların anormal şəkildə yığılmağa başladığını görmək mümkündür. Lakin bu zülallarla xəstəliyin əsas əlamətləri arasında əlaqə əvvəllər tapılmayıb. Londondakı Kollec, Belçikanın KU Luven Universiteti və Böyük Britaniya Demans Tədqiqat İnstitutunun alimləri bu əlaqəni ortaya çıxardıqlarını bildiriblər. Onların tədqiqatına görə, Alzheimer xəstələrinin beyinlərindəki neyronlar arasında anormal miqdarda amiloid lövhələri və tau dolaşıqları əmələ gəlir. Bu beyin ödəminə səbəb olur. Ödəm neyronlardakı kimyəvi tarazlığı pozur. Lövhələrin və dolaşıqların meydana gəlməsi ilə beyin hüceyrələri MEG3 adlı xüsusi bir molekul istehsal edir. MEG3 molekulu nekroptozu, yəni hüceyrə ölümünü yaratdığı üçün bu prosesdə əsas rol oynayır. Alimlər müəyyən ediblər ki, MEG3 sıxışdırıldıqda və ya onun siqnalları bloklandıqda hüceyrələrin ölümü dayandırılır.

# 3558
avatar

Oxşar yazılar