70 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi
01 dekabr 2023 01:03 (UTC +04:00)

70 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi

Uqandada 70 yaşlı yerli qadın əkiz uşaq dünyaya gətirib. 

Lent.az bu barədə BBC-yə istinadla xəbər verir.

Safina Namukvay süni mayalanma vasitəsilə hamilə qalıb və noyabrın 29-da Kampaladakı Reproduktiv Sağlamlıq Mərkəzində qeysəriyyə əməliyyatı ilə bir qız və bir oğlan dünyaya gətirib. Xəstəxana ana və uşaqların vəziyyətinin yaxşı olduğunu bildirib və qeyd edib ki, 70 yaşlı qadının əkiz uşaq dünyaya gətirməsi təkcə tibbi uğur deyil, həm də “insan ruhunun gücü və möhkəmliyi haqqında hekayədir”.

Namukvayın dediyinə görə, hamiləlik onun üçün asan olmayıb. Qadının əkiz uşaq gözlədiyini öyrəndikdən sonra partnyoru onu tərk edib.
Qadının sözlərinə görə, onu hamilə qalmağa qocalıqda tək qalmamaq istəyi sövq edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4197
avatar

Oxşar yazılar