Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib
22 mart 2024 16:22 (UTC +04:00)

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təbrik məktubu ünvanlayıb.

Lent.az xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm Mehriban xanım,

Min illərdir ortaq adət-ənənəmiz olan, ümid, yenilənmə və həmrəylik bayramı Novruz münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını Türk milləti adından və şəxsən öz adımdan ən səmimi hisslərimlə təbrik edirəm.

Novruzun rəmzi olan sevgi, birlik və qardaşlığı ölkələrimizdən və bölgələrimizdən kənara bərabər çatdırmaq ümidi ilə Zati-alinizə sağlamlıq, xoşbəxtlik və uğurlar, dost və qardaş Azərbaycan xalqına isə firavanlıq və əmin-amanlıq dolu bir il arzulayıram".

# 3414
avatar

Oxşar yazılar