Prezident və birinci xanım Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
14 fevral 2024 13:38 (UTC +04:00)

Prezident və birinci xanım Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi

Fevralın 14-də andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım birinci xanım Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

Lent.az xəbər verir ki, dövlət başçısı və birinci xanım Ulu Öndərin məzarı önünə gül dəstələri qoydular.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər və üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzüldü.

Daha sonra dövlət başçısı və birinci xanım Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edərək, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyublar.

Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr ediblər.

Sonra xatirə şəkli çəkdirilib.

Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət edib - YENİLƏNİB Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət edib - YENİLƏNİB Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət edib - YENİLƏNİB Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət edib - YENİLƏNİB Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət edib - YENİLƏNİB Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət edib - YENİLƏNİB Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət edib - YENİLƏNİB Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət edib - YENİLƏNİB

Dövlət başçısı və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib - YENİLƏNİB Dövlət başçısı və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib - YENİLƏNİB Dövlət başçısı və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib - YENİLƏNİB Dövlət başçısı və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib - YENİLƏNİB Dövlət başçısı və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib - YENİLƏNİB

# 3126
avatar

Oxşar yazılar