Əfv sərəncamı 801 nəfərə  şamil olub
08 may 2023 09:59 (UTC +04:00)

Əfv sərəncamı 801 nəfərə şamil olub

Bu ilki əfv sərəncamı şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.

Bu barədə Lent.az-a Prezidentin mətbuat xidmətindən bildirilib.

Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3306
avatar

Oxşar yazılar