“İctimai və sosial məqsədlər üçün yaradılmış fondların siyahısı” təsdiq edilib.
Lent.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fondların siyahısına Heydər Əliyev Fondu, Qarabağ Dirçəliş Fondu və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) daxildir.