Bu telekanallara birdəfəlik  maliyyə yardımı   ayrıldı
29 dekabr 2021 17:32 (UTC +04:00)

Bu telekanallara birdəfəlik maliyyə yardımı ayrıldı

Prezident İlham Əliyev Azərbaycanda özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Lent.az-ın xəbərinə görə, sərəncama əsasən, Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki ilə və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycanın 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycanın Milli Televiziya və Radio Şurasına 4 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

# 2016
avatar

Oxşar yazılar