Azərbaycanda xüsusi təyinatlı yeni hərbi birləşmələr  yaradılır
30 aprel 2022 14:45 (UTC +04:00)

Azərbaycanda xüsusi təyinatlı yeni hərbi birləşmələr yaradılır

Digər silahlı birləşmələrimizdə islahatlar aparılır.

Lent.az xəbər verir ki, bunu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində çıxışında deyib.

Ali Baş Komandan bildirib ki, xüsusi əməliyyatları aparmaq iqtidarında olan yeni hərbi birləşmələr yaradılır və Azərbaycan Ordusu daha da güclənir.

“Bu gün bizim Ordumuz müharibə dövründəki ordumuzdan daha da güclüdür, daha da qüvvətlidir.

Mən bir daha sizi Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının 23-cü ildönümü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizə yeni uğurlar, yeni qələbələr arzulamaq istəyirəm. Çıxışımı İkinci Qarabağ müharibəsindəki sözlərlə yekunlaşdırmaq istəyirəm: “Qarabağ Azərbaycandır!”, - Prezident İlham Əliyev qeyd edib.

# 2487
avatar

Oxşar yazılar