Yay istisi üçün ən yaxşı desert - RESEPT
14 avqust 2025 19:16 (UTC +04:00)

Yay istisi üçün ən yaxşı desert - RESEPT

Bu desert yay aylarında sizin sevimliniz olacaq. İsti günlər üçün ideal seçimdir.

Lent.az bu resepti təqdim edir:

Tərkibi:
Jelatin – 40 q

Soyuq su – 100 ml

Biskvit peçenye – 200 q

Qatıq pendiri (kəsmik) – 300 q

Xama – 500 q

Şəkər tozu – 200 q

Vanilli şəkər – 1 paket

Çiyələk – 300 q

Qara qarağat – 200 q

Moruq – 300 q

Şokolad – bəzək üçün

Hazırlanma qaydası:
Jelatini soyuq su ilə qarışdırıb 15 dəqiqə dincəlməyə qoyun. Bu vaxt 18 sm diametrindəki açılan keks qəlibinin altını folqa ilə örtün və əlinizlə qırılmış peçenyeləri alt qata düzün. Qatıq pendiri, xamanı, vanilli və adi şəkər tozunu blenderlə bircins kütlə alınana qədər çalın.Jelatini su hamamında əridib alınan kütləyə əlavə edin və spatula ilə ehtiyatla qarışdırın. Bütün giləmeyvələri əlavə edib yenidən qarışdırın və kütləni qəlibə tökün. Üzərini doğranmış giləmeyvə və şokoladla bəzəyin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 336

Oxşar yazılar