Üç tərkiblə ən asan  QATIQLI TORT   - Lent.az-ın mətbəxi
21 iyun 2024 13:36 (UTC +04:00)

Üç tərkiblə ən asan QATIQLI TORT - Lent.az-ın mətbəxi

Üç əsas inqrediyentdən ən sadə qatıq tortu hazırlaya bilərsiniz. Sadəcə lazım olan hər şeyi qarışdırıb sobada bişirəcəksiniz. Onu daha dadlı və gözəl etmək üçün şəkər və giləmeyvə də əlavə edə bilərsiniz.

Lent.az ən asan qatıqlı tortun reseptini təqdim edir:

Tərkibi:

Yunan qatığı

Yumurta

Qarğıdalı nişastası.

100 qram qatıq üçün bir yumurta və 10 qram nişasta lazımdır.

Qatıqlı tort hazırlamaq üsulu:

Bütün inqrediyentləri qarışdırın və sobada 160-170 dərəcədə bişirin. Tortu tamamilə soyutduqdan sonra giləmeyvə və şəkər tozu ilə bəzəyin. Krem və qatılaşdırılmış südlə də bəzəyə bilərsiniz.

Ətraflı videonu təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3930
avatar

Fidan İlqar

Oxşar yazılar