Mikrodalğalı sobada  yumurta bişirin   - Çox sadə ÜSUL
13 mart 2025 12:04 (UTC +04:00)

Mikrodalğalı sobada yumurta bişirin - Çox sadə ÜSUL

Yumurta orqanizmimiz üçün çox faydalıdır, xüsusilə qaynadılmış halda. Ancaq adi qaynadılmış yumurta sizi bezdiribsə, fərqlı yumurta bişirmək üsulunu sınaya bilərsiniz. Təsvir edilən üsulla mikrodalğalı sobada bu məşhur yeməyi cəmi bir dəqiqəyə hazırlaya bilərsiniz!

Lent.az bu maraqlı məlumatı təqdim edir:

Kanadalı televiziya aparıcısı Jennifer Valentine mikrodalğalı sobada yumurta hazırlamağın asan üsulunu paylaşıb. Onun sözlərinə görə, bu üsul o qədər sadədir ki, hətta təcrübəsiz biri belə uğurla hazırlaya bilər.

Lazım olanlar:

1 ədəd yumurta

1 stəkan soyuq su

1 çay qaşığı sirkə
 

Hazırlanma qaydası


Sirkəni bir stəkan soyuq suda qarışdırın.

Yumurtanı diqqətlə stəkana sındırın.

Stəkanı birbaşa mikrodalğaya qoyun və 1 dəqiqə işlədin.

Bu üsul sayəsində tez və rahat şəkildə dadlı və faydalı bir səhər yeməyi hazırlaya bilərsiniz. Hazır poşe yumurtanı tam taxıllı çörək diliminin üzərinə qoyub duz və istiot əlavə edə və ya salatla birlikdə yeyə bilərsiniz. Bu sürətli üsul səhər yeməklərinizi daha maraqlı və ləzzətli edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 382

Oxşar yazılar