Kartofu harada saxlamaq daha yaxşıdır?
24 mart 2025 19:32 (UTC +04:00)

Kartofu harada saxlamaq daha yaxşıdır?

Kartof dünyanın hər yerində sevilən və demək olar ki, hər gün bişirilən əsas mətbəx ərzaqlarındandır. Amma yeni araşdırmalar göstərir ki, biz kartofu düzgün yerdə saxlamırıq, buna görə də onun təravəti itir.

Lent.az kartofun düzgün saxlanma yerini sizə təqdim edir:

Əslində, işığın təsiri altında kartofda solanin adlı zəhərli bir maddə yaranır – bu da onun yaşıl rəng almasına səbəb olur. Bunu önləmək üçün kartofu qaranlıq yerdə və ya kağız torbada saxlamaq lazımdır.

Kartof necə saxlanmalıdır?

Hava dövranı vacibdir – əgər nəmlik toplanarsa, kartof çürüyə bilər. Nəfəs alan qablar və ya setka torbalar istifadə edin – beləliklə hava rahat şəkildə dolaşa bilər. Kartofu digər meyvə və tərəvəzlərdən ayrı saxlayın – xüsusilə etilen qazı ifraz edənlərdən (məsələn, alma və soğan), çünki bu maddə kartofun cücərməsini sürətləndirir. Saxladığınız kartofu mütəmadi olaraq yoxlayın kif, yumşalma və ya cücərmə varsa, istifadə etməyin.

Bəs kartof üçün ən yaxşı yer haradır?
Kartofu soyuducuda saxlamaq daha doğrudur. Bu zaman onun təravəti 3 dəfə daha uzun müddət qorunur, nəyinki sadəcə mətbəx çekmecəsində saxlandıqda.

Kartofu soyuducuda necə düzgün saxlamaq olar?

Kartofları kağız dəsmalla döşənmiş bir konteynerə yerləşdirin. Soyuducunun təmiz bir rəfinə qoyun. Bu üsul artıq nəmi özünə çəkəcək və kartofun 3–4 həftə ərzində nə çürüməsini, nə də cücərməsini təmin edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1096

Oxşar yazılar