Darçın əlavə edilmiş dadlı və ətirli çay soyuq qış günlərində sizi isitməklə yanaşı, sağlamlığınıza da fayda verir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, darçından əlavə çaya başqa ədviyyatlar, o cümlədən mixək, zəncəfil, muskat və sitrus meyvələri əlavə edə bilərsiniz.
Bu cür çaylar əhvalınızı yüksəltmək, maddələr mübadiləsini sürətləndirmək, bədəndən toksinləri çıxarmaq, virus və bakterial infeksiyalara qarşı mübarizə aparmaq üçün əla vasitədir.
Çay hazırlamaq üçün əvvəlcə bir darçın çubuğunu yarım litr qaynar su ilə töküb 30 dəqiqə dəmləmək lazımdır.
Daha sonra isə darçın dəmləməsini ayrı qabda ocağın üzərinə qoymaq lazımdır. 10 dəqiqə yenidən dəmlədikdən sonra həlimi çaydandakı çaya tökün. Çayı 10 dəqiqə yenidən dəmləmək lazımdır.
İçki 50-60 dərəcə temperaturda soyuduqda, dadını yaxşılaşdırmaq üçün ona bal və bir dilim limon əlavə edə bilərsiniz.