Ev üsulu qarpız qurusunun hazırlanması - Usta Lent.az -a danışdı
11 iyul 2024 13:52 (UTC +04:00)

Ev üsulu qarpız qurusunun hazırlanması - Usta Lent.az-a danışdı

Əksər insanlar üçün yay aylarının sevilən və istehlak edilən meyvələrindən biri qarpızdır. Su və şəkərdən ibarət olduğu düşünülsə də, qarpızın kalori və qida dəyəri çox zəngindir və yüksək qida dəyəri olan bir meyvədir. Bir çox vitamin və minerallarla zəngindir. Ləzzətli olması ilə yanaşı, digər meyvələrdən də fərqlənir. Onun faydaları da az deyil. 

Ancaq təkcə qarpızın özü deyil, qurusu da dadlı, faydalı və sevilən qidalardandır. Bir çoxları qarpız qurusunun ev şəraitində hazırlanmasını bilmir. Bunun üçün biz də aşpaz Şəfa xanıma müraciət etdik. O, bizə qarpız qurusunun hazırlanması barədə danışıb. 

Şəfa xanım Lent.az-a verdiyi açıqlamasında bildirib ki, qarpız qurusu ən az meyvəsi qədər faydalıdır: 

“Ölkəmizdə yay aylarının sevilən bostan meyvələrindən biri də qarpızdır. Qarpızın təkcə özü deyil, qurusu da faydalı və dadlıdır.  Azərbaycanlı olaraq yayda neçə dərəcə isti olsa da, çay bizim üçün vazkeçilməz içkilərdəndir. Yayda konfet kimi şirin qidalarla çox çay içmək olmur. Ona görə də meyvə quruları ən yaxşı seçimdir”.   

Onun sözlərinə görə, evdə hazırlanan qarpız qurusu marketlərdəkindən çox fərqlənir. 

“Qarpız qurularını evdə hazırlamaq həm sərfəli və ucuz başa gəlir, həm də təbii olur.  Həmçinin, onu çayla içməkdə yaxşıdır. Çünki qənd, konfet kimi şirin deyil. Qarpız qurusu həzm sisteminə, qaraciyərə də müsbət təsir edir”,- deyə Şəfa xanım bildirib.  

İndi isə qarpız qurusunun hazırlanma prosesini sizə təqdim edirik: 

Lazım olan ərzaqlar: 

3 kq qarpız qabığı;
1 stəkan yarım şəkər tozu;
5-6 ədəd mixək;
Yarım çay qaşığı limon duzu;
1 xörək qaşığı soda (sodalı suda 1 saat saxlanılır). 

Qeyd: Hazırladıqdan sonra otaq tempraturunda 2 gün müddətində quruyur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6826

Oxşar yazılar

Hansı xiyarlardan turşu qoymaq  olmaz?

Hansı xiyarlardan turşu qoymaq olmaz?

5 iyul 2025 , 12:15
Hamiləlik planlaşdıranlara bu balığı  yemək olmaz

Hamiləlik planlaşdıranlara bu balığı yemək olmaz

4 iyul 2025 , 10:59
Qarğıdalı çubuqları nədən hazırlanır?

Qarğıdalı çubuqları nədən hazırlanır?

4 iyul 2025 , 09:24
Ən yumuşaq balıq kotleti RESEPTİ

Ən yumuşaq balıq kotleti RESEPTİ

3 iyul 2025 , 14:18
Qarabaşağın bilinməyən 5 FAYDASI : Qocalmanı ləngidir və...

Qarabaşağın bilinməyən 5 FAYDASI: Qocalmanı ləngidir və...

3 iyul 2025 , 10:14
Dadlı qarabaşaq yarmasını  necə bişirmək olar: bu məhsulu əlavə edin

Dadlı qarabaşaq yarmasını necə bişirmək olar: bu məhsulu əlavə edin

2 iyul 2025 , 19:42
İri dənəli duzdan QAÇIN:  Bilmədiyimiz ZƏRƏRLƏR

İri dənəli duzdan QAÇIN: Bilmədiyimiz ZƏRƏRLƏR

2 iyul 2025 , 14:34
Şokoladlı tort:  asan və tez RESEPT

Şokoladlı tort: asan və tez RESEPT

1 iyul 2025 , 12:54