Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.
Bu gün sizə bayram süfrənizin bəzəyi olan qapağı qopmayan, dibi yapışmayan, vərəq-vərəq qatları olan, üzəri parıltılı paxlavanın hazırlanma qaydasından danışacağıq. Sosial şəbəkələrdə “Ağababa Ağababa” adı ilə tanınan səhifəyə istinadən milli mətbəximizin əvəzedilməz, çox ləzzətli paxlava reseptini sizinlə bölüşürük.
Lazım olan ərzaqlar:
Xəmiri üçün:
800 qram un
350 qram tena kərə yağı
125 ml atena südü (200 ml-lik stəkanla ½ stəkan)
180 qram atena xaması
2 ədəd yumurta
1 çimdik duz
1 çay qaşığı şəkər tozu
5 qram yaş maya (1 iri qabıqlı fındıq böyüklükdə. Əgər maya qurudursa çay qaşığının ucunda)
İçlik üçün:
600 qram qoz ləpəsi
500 qram toz şəkər
1 silə çay qaşığı hil
Araları üçün:
400 qram atena kərə yağı
Şərbəti üçün:
2 stəkan toz şəkər (200 ml-lik stəkanla 2 stəkan)
1 stəkan su
1 xörək qaşığl bal
1 xörək qaşığı limon şirəsi
5-6 tel dəmlənmiş zəfəran
Xəmiri 14 kündəyə ayırırıq
Böyük kündələr 180 qram, kiçik kündələr 100 qram.
170 dərəcəli sobada 1 saat 15 dəqiqəyə bişirməlisiniz.
Hazırlanma qaydasını videoda izləyə bilərsiniz.
Nuş olsun!