Cəmi 2 inqrediyentlə  evdə öz dondurmanı hazırla! - Çox sadə resept
01 iyun 2024 16:08 (UTC +04:00)

Cəmi 2 inqrediyentlə evdə öz dondurmanı hazırla! - Çox sadə resept

Yayın istisində sərinləmək üçün dondurma ən ideal seçimdir. Evdə hazırlanmış dondurma isə mükəmməl dad axtaranlar üçün bir hədiyyədir. Soyuducuda qaymaq və qatılaşdırılmış süd varsa, dondurma hazırlamaq elə də çətin deyil.

Lent.az sizlərə evdə dondurmanın necə hazırlanacağını təqdim edir.

Tərkibi:

qaymaq (yağ tərkibi 33%) - 400 q;

qatılaşdırılmış süd - 190-200 q.

Necə hazırlanır?

1. Qaymağı dərin bir qaba tökün və bərk kütlə alınana qədər mikserlə çalın.

2. Sonra qatılaşdırılmış süd əlavə edin və mikserlə çalmağa davam edin, ancaq aşağı sürətlə.

3. Homojen bir kütlə alınana qədər qarışdırın, lakin uzun müddət deyil, əks halda yağ yarana bilər.

4. Hər şeyi bir qaba tökün, qapaq və ya yapışqan filmlə örtün. Dondurucuya qoyun.

5. 30 dəqiqədən sonra kütləni yenidən qarışdırmaq lazımdır. Bu, 30 dəqiqəlik fasilə ilə dörd dəfə edilir.

6-8 saatdan sonra dondurma hazır olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9645
avatar

Fidan İlqar

Oxşar yazılar