Borşun rəngini   necə qırmızı etmək olar? – Sirri AÇIQLANDI
16 noyabr 2023 18:59 (UTC +04:00)

Borşun rəngini necə qırmızı etmək olar? – Sirri AÇIQLANDI

Borş soyuq havaların vazkeçilməz yeməyidir. Demək olar ki, hamı bu xörəyi sevir. Borşu bişirmək üçün hər qadının özünəməxsus sirləri var.

Bəzi insanlar borşun səhv rəngdə bişirilməsindən şikayətlənirlər. Bəzən boşqabda borş kimi görünməyən solğun çəhrayı və ya qəhvəyi şorba olur. Bu hal bişirmə prosesində edilən səhvlər səbəbindən baş verir.

Lent.az həmin səhvləri təqdim edir:

Çuğundurun uzun müddət bişirilməsi birinci edilən səhvdir. Tərəvəzlər çox bişsə, onlar rəngini itirəcək. Buna görə reseptə uyğun olaraq şorbanı çox bişirməmək lazımdır.

Evdar qadınların bir çoxu da qeyd edir ki, əsas tərkib hissəsini yeməyin sonuna əlavə etmək daha yaxşıdır.

Başqa səhvlərdən biri çuğundurun qızardılmasıdır. Çuğunduru çalışıb ayrı bir tavada qızartmaq daha yaxşıdır. Çünki onu kök, kələm və soğan ilə eyni qızardanda o tərkibindəki piqmentini itirə bilər və borş narıncı rəngə çevriləcəkdir.

Əlavə komponentlər əlavə etməklə də istənilən qırmızı rəngi almaq olar. Onlar çuğundurun rəngini qorumaq üçün lazımdır. Məsələn, buna misal olaraq çuğundur suyu göstərilə bilər.

Bundan əlavə, çuğunduru qızardan zaman ona bir az sirkə, limon suyu və ya şəkər əlavə etmək lazımdır. Bu məhsullar yeməyin rəngini saxlamağa kömək edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 30795
avatar

Sevinc Fərid

Oxşar yazılar