
Peterburq Bakıya “Günahın o biri tərəfi"ni gətirib
Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı aprelin 25-də ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində "Günahın o biri tərəfi" adlı tamaşasını oynayacaq.
Lent.az-ın teatrdan aldığı məlumata görə, tanınmış balet truppasının Bakıda qastrolları X beynəlxalq M.Rostropoviç festivalı çərçivəsində baş tutacaq.
B.Eyfmanın R.Vaqner, M.Musorqski və S.Raxmaninovun musiqisi əsasında səhnəyə qoyduğu "Günahın o biri tərəfi" baleti M.Dostoyevskinin "Karamazov qardaşları" romanının xoreoqraf tərəfindən yeni versiyada səhnə həllidir. Qeyd edək ki, Eyfman tamaşaya ilk quruluşu 1995-ci ildə verib.
Baletin Sankt-Peterburq şəhərində premyerası 29 aprel 2013-cü ildə böyük uğurla olub.
Oxşar yazılar

Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz 5 film -VİDEO
5 iyun 2025 , 19:07
“Sən nə vaxt sənətkar oldun?” – Vahid Əliyev Röyanı TƏNQİD ETDİ
5 iyun 2025 , 14:12
Ancelina Coli 50 yaşında: Baxın, bu illər ərzində aktrisa necə dəyişib
4 iyun 2025 , 20:15
Maykl Ceksonun ölümündən iki gün əvvəl çəkilən VİDEOSU: pərəstişkarlarını şoka saldı
2 iyun 2025 , 19:59
Ən çox QAZANAN kino aktrisaları - SİYAHI
2 iyun 2025 , 17:01