
Bəhram Osmanovun “Varislər”i
0
0
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tatar dramaturqu İ.Zeyniyevin “Burqanın evi” pyesinin motivləri əsasında “Varislər” tamaşasının məşqlərinə başlanıb.
Teatrdan Lent.az-a verilən məlumatda deyilir ki, tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Tamaşanın tərtibatçı rəssamları Reyhan Aslanova və Əhməd Nəbiyevdir, plastik həll Ceyhun Dadaşova, musiqilərin seçimi Şamxal Novruzluya aiddir. Tamaşada əsas rolları Xalq artistləri Nübar Novruzova, Qurban İsmayılov, Əməkdar artistlər Şəfəq Əliyeva, Elşən Çarhanlı, Elnur Kərimov, Nəsibə Eldarova, İlham Əsədov, aktyorlar Manaf Dadaşov, İlqarə Tosova, Xalidə Şərifova, Gülbəniz Lətifova, Simuzər Ağakişiyeva, Yasəmən Məmmədova canlandıracaqlar. Ailə-məişət mövzusunda olan əsər əbədi və bəşəri mövzulara orijinal yanaşma sərgiləyir.
Pyesin ilk oxunuşunda quruluşçu rejissor Bəhram Osmanov bu cür əsərlərə müraciətin mühüm olduğunu vurğulayıb: “Ötən ilin yay aylarında bu dramaturqun yaradıcılığı ilə ətraflı tanış oldum, ardıcıl bir neçə pyesini oxudum. Və “Burqanın evi” əsəri mənə son dərəcə ciddi təsir etdi. Yəni burdakı müasirlik, həm də müəllifin türk olması, məhz türk mentallığı içərisindən bəşəri problemlərə yanaşaması məni xeyli düşündürdü. İ.Zeyniyevin özünəməxsus yazı manerası, sadə dialoqlar vasitəsiylə dərin ağrılı problemləri önə çəkməsi məni rejissor kimi cəlb etdi. Əslində bu problemlər - varislər, atalar-oğullar məsələsi zaman-zaman sənətin müraciət etdiyi, gündəmə gətirdiyi mövzulardır. Və mənə elə gəlir ki, dünya nə qədər qabağa getsə də, sənət bu məsələləri düşünəcək, öz baxış bucağından təqdim edəcək”.
0
0
Oxşar yazılar

Üzeyir Hacıbəyli ilə bağlı daha bir beynəlxalq festival keçirilir
3 sentyabr 2025 , 11:55
“Emin Ağalarovun övladları zarafatlarımı əzbər bilir” - "Məhəbbət"lə MÜSAHİBƏ
2 sentyabr 2025 , 15:10
Ən yaxşı detektiv seriallar - SİYAHI
2 sentyabr 2025 , 11:01
Ayrılıq sonrası izləyə biləcəyiniz 10 film
1 sentyabr 2025 , 11:25
İztirabdan xoşbəxtliyə çəkilən dəmir yol...
30 avqust 2025 , 17:24
Sizi darıxmaqdan xilas edəcək 5 film
30 avqust 2025 , 13:43
Moskva teatrının keçmiş rəhbəri Məmmədəli Ağayev saxlanıldı - VİDEO
28 avqust 2025 , 19:04