Aysel Əlizadənin “Bəyaz kürk”ü Türkiyədə çap olundu
06 may 2013 15:53 (UTC +04:00)

Aysel Əlizadənin “Bəyaz kürk”ü Türkiyədə çap olundu

Bu günlərdə Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən tanınmış “İQ Kültür və Sanat Yayınları” şirkəti ( www.iqkultursanat.com ) Azərbaycanın gənc yazıçısı Aysel Əlizadənin “Beyaz Kürk” adlı hekayələr kitabını çap edərək Türkiyə oxucusuna təqdim edib. Yazarın Lent.az-a verdiyi məlumata görə, təklif yayın evindən gəlib. Bununla bağlı yayın evi yazarın da qatılacağı bir tanıtım keçirməyi planlaşdırır.

 

Ayrıca yazarla yeni müqavilələr bağlanacaq. Aysel Əlizadə bildirib ki, “İQ Kültür və Sanat yayınları” onun əsərlərini Türkiyə türkcəsinə çevirib Türkiyədə və bütünlüklə Türk dünyasında yaymaq kimi bir təklif edib.

 

“Beyaz kürk” kitabında yazarın yeddi hekayəsi yer alıb. Qeyd edək ki, “Beyaz Kürk” (orijinalda “Ağ Xəz”) kitabda yer alan hekayələrdən birinin adıdı. 

# 987
avatar

Oxşar yazılar