"Zengin kız, fakir oğlan" serialının bir bölümü Bakıda çəkiləcək
06 may 2013 12:35 (UTC +04:00)

"Zengin kız, fakir oğlan" serialının bir bölümü Bakıda çəkiləcək

TRT 1 kanalının sevilən seriallarından olan "Zengin kız, fakir oğlan"ın bir bölümü növbəti

həftələrin birində Bakıda çəkiləcək. TRT-nin Bakı təmsilçisi Yüksəl Dəyərcanın Lent.az-a verdiyi məlumata görə, keçən həftə  Azərbaycanın iki aktyoru - Sənubər İsgəndərli və Əzizağa Əzizov "Zengin kız, fakir oğlan"ın 36-cı seriyasına çəkiliblər. Y. Dəyərcan azərbaycanlı aktyorların oynadığı hissənin mayın 16-da, Bakı vaxtı ilə saat 21:50-də nümayiş etdiriləcəyini bildirib.

 

Serialı çəkən "MinT Prodüksiyon" şirkətindən "trtazerbaycan.com"a verilən

məlumatda isə bu addımın bir millət-iki dövlət olan Türkiyə və Azərbaycan

xalqları arasında körpüyə bir töhfə vermək məqsədi daşıdığı bildirilib. Bundan

əlavə, serialın bəzi hissələri də Azərbaycanda çəkiləcək. Bunun üçün "Zengin

kız, fakir oğlan"ın yaradıcı heyəti may ayında Azərbaycana səfər etməyi

planlaşdırır.

 

Xatırladaq ki, daha əvvəl TRT-nin məşhur "Avrupa Avrupa" serialının bir

hissəsi də Azərbaycanda çəkilmişdi.

# 1232
avatar

Oxşar yazılar