“Koroğlu” operası Azərbaycan opera sənətinin şah əsəridir
Dahi bәstәkar Üzeyir Hacıbəylinin yaradıcılığında kulminasiya mәrһәlәsi olan "Koroğlu" dünya klassik operaları sırasında parlaq nümunәlәrdәn biridir. Hacıbəyli opera üzәrindә 1932-1936-cı illәrdә işlәyib, ilk tamaşanın nümayişi 1937-ci il aprelin 30-da baş tutub. Azәrbaycanda, ümumiyyәtlә, Cənubi Qafqazda, Orta Asiya, Türkiyә vә İranda geniş yayılmış "Koroğlu" xalq dastanı operanın əsas sujet xəttini tәşkil edir. Operanın musiqisindә Azərbaycan xalqının tarixi taleyi, xarakteri, psixologiyası, bütövlükdә dünyagörüşü әksini tapır. "Koroğlu" tipik xalq qәһrәmanlıq dastanıdır. "Koroğlu"da opera sәnәtinә xas bütün әlamәtlәr bәstәkarın milli musiqi tәfәkkürü süzgәcindәn keçәrәk kamillik sәviyyәsindә yaradılıb.
1938-ci ildә opera Moskvada Azәrbaycan incәsәnәti dekadasında böyük müvәffәqiyyәt qazanır. Bu, mədəniyyətimiz üçün böyük bir hadisə idi. Dahi Üzeyir bəy bu əsəri yazanda Azərbaycan professional vokal məktəbinin banisi Bülbülün səs diapozonunu nəzərdə tutub yazıb. Məhz 1938-ci ildə əsər Dövlət mükafatına layiq görülüb.
Mənim 12 yaşım var idi. Üzeyir bəyin ev muzeyində hər il ənənəvi olaraq sentyabr ayının 18-i - Üzeyir bəyin doğum günü və Milli Musiqi Günündə bir qrup yaradıcı musiqi xadimi Üzeyir bəyi yad edirdilər. O gün mən də, müəllimim ilə orada idim. Birdən içəri iti baxışlı bir insan daxil oldu. Onu görcək mən onu tanıdım və müəllimimə dedim - Mobil baba, (mən onu belə çağırardım) Koroğlu gəldi. Bəli, bu, Lütfiyar İmanov idi. O gün o, “Koroğlu” operasından Koroğlunun ariyasını, aşıq mahnısını ifa etdi. Onun səsi o qədər güclü idi ki, səsin əzəməti insanı heyran edirdi. Sonda biz müəllimim ilə Lütfiyar İmanova yaxınlaşıb onu təbrik etdik. Özümdən asılı olmayaraq öz-özümə dedim: “Mən də vaxt gələcək bu kişi kimi oxuyacam”. Elə bu zaman Lütfiyar müəllim üzünü mənə tutub dedi: “O gün olsun ki, sən bu operanı məndən də artıq ifa edəsən. Amma unutma ki, bu operanı ifa etmək üçün Koroğlunun 7777 dəlisindən biri olmaq lazımdır”.
Bu sözləri o, mən tələbə ikən verdiyim ilk solo konsertimdə də dedi. Həqiqətən, bu rolu ifa etmək üçün vətənini, xalqını dəli kimi sevməlisən. İllər ötdü, bu operanı ifa etdim. Bu operanı ifa etmək mənim mərhum ustadımın ən böyük arzusu idi. O hər zaman deyərdi: “Mənə bu rolu ifa etmək qismət olmadı, amma mən inanıram ki, sənə qismət olacaq”. Mən də bu operanı ilk dəfə ifa edəndə müəllimimin ustadı dahi Bülbülün əziz xatirəsinə ithaf etdim. Şübhəsiz ki, məndən öncə bu partiyaya müraciət edənlər də bu rolu özünəməxsus ifa ediblər.
Bəzən tamaşaçılar Koroğlu obrazında iştirak edən baş qəhrəmanları müqayisə etməyə başlayanda onlara cavab olaraq mən deyirəm. Mənim fikrimcə, bu partiyanı ifa edən tenor Azərbaycan opera sənətində yüksək peşəkar ifaçı sayılır. Çünki hər ildə Koroğlu partiyasını ifa edən ifaçılar yetişmir. Ona görə yox ki, şərait yaradılmır və yaxud icazə verilmir. Əksinə, bu gün ölkəmizdə istedadlı gənclərə bütün şərait yaradılır. Həmçinin tam əminliklə deyə bilərəm ki, Akademik Opera və Balet Teatrında səsi, inamı olan istedadlara tam yaşıl işıq yandırılır. Koroğlunun partiyası dünya operaları sırasında məşhur olan “Trubadur”da Manriko, “Toska”da Kavorodossi, “Riqoletto”da Hersoqun, “Boqema”da Hersoqun partiyaları sırasındadır.
24 sentyabr saat 19.00–da Heydər Əliyev fondunun dəstəyi ilə Üzeyir Hacıbəyli 6-cı Beynəlxalq musiqi festivalı çərçivəsində 80 ilə yaxın səhnədə daim öz əzəmətini qoruyub saxlayan "Koroğlu" operasını Akademik Opera və Balet Teatrının yaradıcı və texniki heyəti, o cümlədən mən böyük məsuliyyət və sevinc hissi ilə təqdim edəcəyik. Mən inanıram ki, bu opera tezliklə dünya opera səhnələrində, Qarabağda, Cıdır düzündə oynanılacaq.
Ramil Qasımov
Vokalçı, musiqişünas