“Bakı, mən səni sevirəm" fevralda təqdim ediləcək
07 yanvar 2013 17:10 (UTC +04:00)

“Bakı, mən səni sevirəm" fevralda təqdim ediləcək

“Bakı, mən səni sevirəm" kino-layihəsi fevralda təqdim olunacaq. Lent.az-ın məlumatına görə, hazırda Moskvada filmin son tamamlama işləri gedir. Türkiyənin tanınmış aktrisası Eyşam Özhim də dəvət edildiyi səsləndirilmə prosesi artıq başa çatıb.

 

Kino-layihənin çəkilişləri yaz və yay sessiyalarından ibarət olub. Layihəyə hər biri 9 dəqiqədən ibarət 10 film daxildir. İlk filmi prodüser Yeqor Konçalovski, son filmi isə digər prodüser Nadir Maçanov çəkib.

 

Layihəyə yerli rejissorlarla yanaşı, Rusiyadan, Böyük Britaniyadan və İtaliyadan da rejissorlar dəvət olunublar. Filmlərdə Laləzar Mustafayeva, Sənubər İsgəndərova, Mabud Məhərrəmov, Rasim Balayev, Fərhad İsrafilov, Şamil Süleymanov, Elşən Cəbrayılov, Ayşad Məmmədov, Qurban İsmayılov, Rasim Cəfər, Fuad Osmanov, Bəhram Bağırzadə, Hollivudun məşhur ulduzlarından Aziya Arcento, İtaliyanın məşhur aktyoru Alessandro Bertaluççi, qardaş Türkiyənin tanınmış aktrisası Eyşan Özhim, qonşu Rusiyanın bir neçə tanınmış aktyor və aktrisası, Belorusun, Litvanın, Böyük Britaniyanın aktrisaları, Özbəkistanın əməkdar artisti Seydulla Maldaxanov çəkiliblər.

 

Qeyd edək ki, kino-layihənin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüserləri Yeqor Konçalovski, Nadir Maçanov və Aleksey Qolubyevdir. Rejissorları isə Yeqor Konçalovski (Rusiya), Nadir Maçanov (Azərbaycan), Aleksey Qolubev (Rusiya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev (Azərbaycan), Andrey Razenkov (Rusiya), Aleksander Fodor (Böyük Britaniya) və Andre Badalodur (İtaliya).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 936

Oxşar yazılar