Goranboyda yol nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın xəbərinə görə, hadisə Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun Goranboy rayonunun Səfikürd kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Niva” markalı minik maşını idarəetmədən çıxaraq yolunun kənarına aşıb. Qəza zamanı sürücü 30 yaşlı S.Verdiyev yaralanaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu