39 il həbsdən sonra BƏRAƏT ALDI
19 iyul 2025 19:53 (UTC +04:00)

39 il həbsdən sonra BƏRAƏT ALDI

Yaponiyada məktəbli qızın qətlinə görə 39 il həbs cəzası çəkən məhbus Şoji Maekavaya bəraət verilib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, qərarı Naqoya Ali Məhkəməsinin Kanadzava şəhərində yerləşən şöbəsi çıxarıb. Həbsdə yatdığı illər ərzində Maekava qətli törətmədiyinə dair sübutlar axtarıb.

Məlumata görə, müstəntiqlər bəzi əsas sübutları yenidən araşdırıblar. 

Xüsusilə, cinayət gecəsi Maekavanı qanlı paltarda gördüklərini iddia edən şəxslərin ifadəsi şübhələri artırıb. O da məlum olub ki, o zaman müstəntiqlər ifadə və sübutlardakı uyğunsuzluqlara məhəl qoymayıblar.

Qeyd olunur ki, hakim Maekavaya bəraət verərkən 39 il çəkdiyi əziyyətə görə ondan üzr istəyib. NHK telekanalının verdiyi məlumata görə, Maekava mətbuat konfransında günahsızlığının sübuta yetirilməsindən özünü rahat hiss etdiyini bildirib.

Digər məlumata görə, Maekava məhkəməyə təxminən 50 il əvvəl edam cəzasına məhkum edilsə də, bu il bəraət alan başqa bir yaponun bacısı İvao Hakamada tərəfindən ona hədiyyə edilmiş papaq ilə girib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528

Oxşar yazılar