Stiven Cerrard 45 yaşında baba olub. "Liverpul"un keçmiş yarımmüdafiəçisinin 21 yaşlı qızı qız övladı dünyaya gətirib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Lilli-Ella “Instagram” səhifəsində sevgilisi Li Birndən yeni doğulmuş körpəni beşikdə daşıdığı ağ-qara şəklini yerləşdirib. O, fotoya "Biz iki idik, indi üç olduq" şərhini yazıb.
Cerrard bu paylaşıma belə şərh verib: "Gözləyə bilmərik - əla xəbər, təbriklər, biz sizi sevirik".
Li Birn Dublin cinayətkarı Liam Birnin oğludur. Liam keçən il qeyri-qanuni odlu silah saxlama ittihamı ilə beş il müddətinə həbs edilib. O, hazırda Londonun Belmarş ciddi rejimli həbsxanasında cəza çəkir. O, İrlandiyanın ən güclü cinayətkar ailələrindən biri ilə bağlıdır.
Linin babası Ceyms "Çənələr" Byrne silahlı soyğunçuluq və fırıldaqçılıqda təqsirli bilinib. O, uzun müddət kriminal karyerasından sonra keçən il 77 yaşında vəfat edib.
Ən gənc atanın heç bir günahı yoxdur. Li 2022-ci ilin oktyabr ayından Cerrardın üç qızından biri olan Lilli-Ella ilə rəsmi münasibətdədir.